Azərbaycan enerji istehsalını 2% artırıb

Azərbaycan enerji istehsalını 2% artırıb
# 08 iyun 2015 11:49 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin may ayında Azərbaycanın enerji sistemində 1,6 mlrd. KVt/saatdan artıq elektrik enerjisi istehsal edilib.

“Azərenerji” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin analoji dövrü ilə müqayisədə eynidir.

Bu ilin ötən beş ayı ərzində isə 9,8 mlrd. KVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə 2,08% artım deməkdir

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR