Ticarət Palatasının sədri: "Azərbaycanlı iş adamlarına Mazandarda sərmayə qoyuluşu üçün hər cür şərait yaratmağa hazırıq" - FOTO

Ticarət Palatasının sədri: "Azərbaycanlı iş adamlarına Mazandarda sərmayə qoyuluşu üçün hər cür şərait yaratmağa hazırıq" - <span style="color: red;">FOTO
# 14 aprel 2015 07:12 (UTC +04:00)

Mazandaran. Elvin Bayramlı - APA. "Biz azərbaycanlı iş adamlarına Mazandarının iqtisadiyyatına sərmayə qoyuluşu üçün hər cür şərait yaratmağa hazırıq".

APA-nın İrana ezam olunmuş müxbiri xəbər verir ki, bu ölkədə səfərdə olan azərbaycanlı jurnalistlərlə görüşdə Mazandaran vilayəti Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının (Ticarət Palatası) rəhbəri Abdullah Mühacir belə deyib.

A. Mühacir bildirib ki, iki ölkə arasında əlaqələrin inkişafında KİV-lərin xüsusi rolu var və jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Belə səfərlər əlaqələrin inkişafına müsbət təsir göstərir: "Hesab edirəm ki, hər iki ölkənin mətbuat nümayəndələri əlaqələrimizin inkişafında öz töhfələrini verəcəklər. Təkcə KİV nümayəndələrinin deyil, iş adamları və digər yüksək vəzifəli şəxslərin də qarşılıqlı səfərlərinin baş tutacağına ümid edirəm".

Ticarət Palatasının sədri azərbaycanlı iş adamlarını Mazandaran vilayətinə sərmayə qoymağa çağırıb.

A. Mühacirin sözlərinə görə, Azərbaycanla Mazandaran vilayəti arasında ticari əlaqələr zəifdir: "Baxmayaraq ki, çox yaxın bölgədə yerləşirik, ticari əlaqələr qənaətbəxş deyil. Misal üçün, 2014-cü ildə Azərbaycandan Mazandarana idxalın həcmi 3 milyon 650 min dollar olub. Mazandarandan Azərbaycana isə 33 milyon dollarlıq məhsul ixrac edilib".

Qeyd edək ki, azərbaycanlı jurnalistlərlə görüşdə, Ticarət Palatasının rəhbərliyi ilə yanaşı, İranın əsas KİV-lərinin Mazandaran vilayəti üzrə nümayəndəliklərinin rəhbərləri də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR