Ermənistanda həbs olunan azərbaycanlının məhkəməsi təxirə salınıb

Ermənistanda həbs olunan azərbaycanlının məhkəməsi təxirə salınıb
# 18 noyabr 2015 22:08 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Ermənistanda saxlanılan Gürcüstan vətəndaşı, milliyətcə azərbaycanlı Turqay Mikayılovun işi üzrə məhkəmə prosesi yenidən təxirə salınıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfi hər dəfə bir bəhanə ilə məhkəməni uzadır: "Bu dəfə də belə olub. Məhkəmənin uzadılması buna sübutdur. Mən vətəndaşımızın azad olunması üçün çalışıram. Hazırda məhkəmə hakimi ilə danışıqlar aparırıq. Bu çox çətin bir prosesdir. Çox şeyi açıqlamaq istəmirəm. Biz vətəndaşımızı mütləq azad edəcəyik," qubernator bildirib.

Xatırladaq ki, iyulun 23-də Faxralı kənd sakini T. Mikayılov Ermənistan sərhədçiləri tərəfindən saxlanılaraq İrəvana aparılıb. Artıq Gürcüstan vətəndaşı olan soydaşımızın həbsdə saxlanılmasından 118 gün keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR