Tiflisdə aşan yanacaqla dolu qatar Gürcüstana məxsusdur - APA TV

Tiflisdə aşan yanacaqla dolu qatar Gürcüstana məxsusdur - <span style="color: red;">APA TV
# 08 aprel 2013 09:25 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə aşan yanacaqla dolu vaqonlar Gürcüstan şirkətinə məxsusdur. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Tiflis şəhər Fövqəladə Hallar Departamentinin rəisi Temur Giorqadze deyib. O bildirib ki, hazırda kriminal polis hadisənin səbəbini araşdırır: “200 tondan çox yanacaq ətrafa dağılıb. Ərazini nəzarətə götürmüşük. Ətraf ərazilərdə təhlükəsizlik tədbirləri görülüb, əhali hadisə yerindən uzaqlaşdırılıb. Hadisə yerində yanğınsöndürmə maşınları ehtiyat üçün hazır vəziyyətdə saxlanılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR