ABŞ-da qara dərili kişini öldürən ağ dərili polis zabiti həbs olunub

ABŞ-da qara dərili kişini öldürən ağ dərili polis zabiti həbs olunub
# 08 aprel 2015 12:00 (UTC +04:00)

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, M. Slayqer 50 yaşlı qara dərili vətəndaşa arxadan 8 dəfə atəş açıb.

Məhkəmədə hadisənin həvəskar videosu göstərilib. Videoyazıda görünür ki, polis əməkdaşı qara dərili vətəndaşın avtomobilini saxlayır, sonra aralarında kiçik mübahisə yaranır və sürücü hadisə yerindən qaçmağa cəhd edən an polis ona atəş açır.

Hesabatda polis zabiti Slayqer sürücünün ona qarşı elektroşok tapançadan istifadə etdiyini yazıb. Lakin videoda bu, görünmür.

Ölən vətəndaşın ailəsi sözügedən video yazının əsasında məhkəmədə polis zabitinə və onun işlədiyi polis bölməsinə qarşı iddia qaldırmaq niyyətindədir. ABŞ Ədliyyə Nazirliyi ilə Federal Təhqiqatlar Bürosu artıq cinayəti araşdırmağa başlayıblar.

Qeyd edək ki, hadisə aprelin 4-də Şimal Çarlston şəhərində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR