Eldar Qasımov “I’m free” sinqlını Ukrayna televiziya kanallarında təqdim edir

Eldar Qasımov “I’m free” sinqlını Ukrayna televiziya kanallarında təqdim edir
# 07 noyabr 2012 13:36 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycana “Eurovision” müsabiqəsində qalibiyyət qazandıran, gənc müğənni Eldar Qasımov Ukraynaya səfər edib. Sənətçinin səfərinin məqsədi artıq kifayət qədər reytinq qazanmış və tamaşaçı auditoriyası toplamış “I’m free” sinqlının təbliğat məqsədi daşıyır. E.Qasımovun APA-ya verdiyi məlumata görə, səfər çərçivəsində müxtəlif televiziyaların çox baxımlı verilişlərində qonaq olacaq, sözügedən mahnını ifa edəcək, eyni zamanda Ukraynadakı pərəstişkarları ilə görüşəcək: “Hər iş səfəri mənim üçün çox böyük məna kəsb edir. Artıq Kiyevdəyəm, bu gün efirlərdə qonaq oldum. Ölkə sərhədindən kənarda sevildiyimi görmək məni məmnun edir. Amma bu sevgiylə, uğurlarla kifayətlənmək fikrində deyiləm və “daima irəli deyirəm””. E.Qasımov deyib ki, o, Ukraynada bir sıra təkliflər də alıb və bu təklifləri dəyərləndirəcək: “Ukrayna mənim çox sevdiyim məkanlarından biridir. O səbəbdən də təklifləri dəyərləndirəcəyəm və gələcək üçün konsert proqnozlaşdırılır”.

Qeyd edək ki, bu səfərdən sonra E.Qasımovun dünyanın daha bir neçə ölkəsinə eyni məqsədli səfərləri nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR