Qvatemalada zəlzələ qurbanlarının sayı 15-ə çatıb

Qvatemalada zəlzələ qurbanlarının sayı 15-ə çatıb
# 08 noyabr 2012 00:44 (UTC +04:00)
Bakı-APA. Meksika və Qvatemalanın sərhədində 7,5 bal gücündə zəlzələ baş verib. Hadisə nəticəsində 15 nəfər həlak olub. Bu barədə ABŞ Geoloji xidməti məlumat verir. Həlak olanların hamısı qvatemalalılardır.

Seysmoloqların sözlərinə görə, zəlzələnin episentri Meksikanın cənubundakı Suçyate şəhərindən 63 km cənubda yerləşir.

Hadisənin nəticəsində Qvatemalanın San-Markos şəhərində 30 ev dağılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR