Gürcüstanda NATO Həftəsi başlayıb - FOTOSESSİYA

Gürcüstanda NATO Həftəsi başlayıb - <font color=red>FOTOSESSİYA</font>
# 11 iyun 2012 12:32 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtında NATO Həftəsi başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, həftə çərçivəsində NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstana gəlib. O, Gürcüstan baş nazirinin müavini Georgi Baramidze ilə görüşüb. Sonra Gürcüstan hökumət strukturlarının, diplomatik korpusun və QHT nümayəndələrinin qatıldığı beynəlxalq konfrans başlayıb.

NATO Həftəsinə həsr olunan konfransı G. Baramidze açaraq Gürcüstanın NATO-ya inteqrasiyası prosesi və Çikaqo sammitinin nəticələri barədə fikirlərini bildirib. Tədbirdə Ceyms Appaturay, Latviya müdafiə nazirinin müavini Yanis Sarts və digər rəsmi şəxslər də çıxış edib.

NATO Həftəsi Gürcüstanın bütün regionlarını əhatə edəcək. Həftə çərçivəsində müxtəlif idman, sərgi, ekskursiya, müsabiqə və debatlar təşkil olunacaq. Həftə iyunun 16-da başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR