Milli Məclisdə maliyyə naziri Samir Şərifovla Ali Attestasiya Komissiyasının sədr müavini arasında mübahisə düşüb

Milli Məclisdə maliyyə naziri Samir Şərifovla Ali Attestasiya Komissiyasının sədr müavini arasında mübahisə düşüb
# 07 noyabr 2012 12:00 (UTC +04:00)
APA-nın xəbərinə görə, mübahisəyə V.Hüseynovun tənqidi çıxışı səbəb olub. Komissiya sədrinin müavini büdcədən elm sahəsində ayrılan vəsaitin azlığından şikayətlənib. V. Hüseynov qeyd edib ki, bir alimin dissertasiya araşdırması üçün ayda 13 manat vəsait düşür.

Samir Şərifov isə onun çıxışına etiraz edib: “Sən dövlət işçisisən, səni işin büdcə layihəsini müdafiə etməkdir. Əgər təklifin varsa, Nazirlər Kabinetə, Maliyyə Nazirliyinə müraciət etməliydin”.

V. Hüseynov dəfələrlə bu cür müraciətlər olunduğunu qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR