Martın sonunda Omsk-Bakı aviareysi açılacaq

Martın sonunda Omsk-Bakı aviareysi açılacaq
# 12 mart 2012 14:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Martın 30-dan etibarən Rusiyanın «İrAero» aviaşirkəti Omsk-Bakı marşrutu üzrə birbaşa sərnişin aviareysini açacaq. «APA-Economics»in xəbərinə görə, bu barədə aviaşirkətin yaydığı rəsmi məlumatda bildirilir.

Şirkət sözügedən aviareysin yerinə yetirilməsi üçün İrkutsk vilayəti və Rusiyanın digər regionlarından olan və Bakıdan digər şəhərlərə tranzit uçan sərnişinlər üçün rahat vaxt seçəcək. Omsk-Bakı-Omsk aviareysi Kanada istehsalı olan «Bombardier CRJ200» təyyarəsi ilə yerinə yetiriləcək: «Hazırda Omskdan Bakıya və əks istiqamətdə heç bir aviaşirkət uçuş yerinə yetirmir. İlkin olaraq iki şəhər arasında uçuşlar həftədə bir dəfə, daha sonra isə həftədə iki dəfə həyata keçiriləcək».

Qeyd edək ki, 2009-cu ilin dekabr ayında Rusiyanın «Yamal» aviaşirkəti Omsk-Bakı-Omsk marşrutu üzrə sərnişin aviareyslərini istifadəyə vermişdir. Sonradan sözügedən aviareys üzrə uçuşlar dayandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR