Suriya banklarında pul qurtarıb

Suriya banklarında pul qurtarıb
# 20 iyul 2012 18:55 (UTC +04:00)
Bakı-APA. Suriyanın bir çox dövlət və özəl banklarında pul qurtarıb. Bu barədə BMT-nin Qaçqınların işi üzrə Ali komissarlığının nümayəndəsi Melissa Fleminq məlumat verib.

«Biz Suriya banklarında pul vəsaitlərinin qurtarması barədə məlumat almışıq. Mən indicə Suriyanın dövlət və özəl banklarının vəsaitsiz qalması barədə hesabat almışam. Bunun bütün banklara aid olub-olmadığını bilmirəm», deyə Fleminq bildirib.

Bank böhranı Suriya vətəndaşları və qaçqınlarına təsir edəcək. Nağd pulların çatışmaması artıq paytaxtda bir gecəlik kirayənin 100 dollara çatmasına səbəb olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR