Azərbaycan kubokunun finalında uduşa avtomobil qoyulacaq

Azərbaycan kubokunun finalında uduşa avtomobil qoyulacaq
# 07 may 2012 14:01 (UTC +04:00)
Bakı – APA. Azərbaycan kubokunun finalında uduşlu hədiyyələr olacaq. Bu barədə apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

O bildirib ki, mayın 17-də Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək həlledici matçı izləməyə gələnlər qiymətli hədiyyələr qazana biləcək: “Əsl final ab-havası olacaq. Onu deyə bilərək ki, uduşlu hədiyyələr arasında avtomobil də olacaq”.

Qeyd edək ki, son illərdə final oyunlarında uduşa avtomobil qoyulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR