Azərbaycanda iqtisadi artım tempi 1,6%-ə çatıb

Azərbaycanda iqtisadi artım tempi 1,6%-ə çatıb
# 14 avqust 2012 08:34 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ÜDM-in 67,4%-i məhsul istehsalı sahələrində, o cümlədən 52,3%-i sənayedə, 9,6%-i inşaat kompleksində, 5,5%-i kənd təsərrüfatında yaradılıb. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 26,5%, o cümlədən nəqliyyatda 4,9%, ticarət və pullu xidmətdə 8,4%, rabitədə 1,7%, sosial və digər xidmətlərdə 11,5% təşkil edib. ÜDM-in 6,1%-i məhsula və idxala xalis vergilərin payına düşüb. Orta hesabla əhalinin hər nəfərinə düşən ÜDM istehsalı 3 364,7 manat (4 280,9 ABŞ dolları) təşkil edərək 0,2% artıb.

Əlavə dəyər istehsalı qeyri-neft sektorunda 10,5% artıb, neft sektorunda isə 6% azalıb.

Qeyd edək ki, Azərbaycan hökumətinin proqnozlarına əsasən, 2012-ci ildə ÜDM 4,6% artaraq 59,3 mlrd. dollara çatacaq. Adambaşına düşən ÜDM-in həcmi isə 6 min dollardan çox olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR