Hillari Klinton: «Üsamə bin Ladenin varisi Pakistandadır»

Hillari Klinton: «Üsamə bin Ladenin varisi Pakistandadır»
# 08 may 2012 03:51 (UTC +04:00)
Bakı-APA. Üsamə bin Laden məhv edildikdən sonra «Əl-Qaidə» terror şəbəkəsinə rəhbərlik edən misirli Ayman əz-Zəvahiri Pakistan ərazisində gizlənir. Bu barədə Hindistanda səfərdə olan ABŞ dövlət katibi Hillari Klinton bildirib.

Klintonun sözlərinə görə, Pakistan rəsmiləri nümayiş etdirməlidirlər ki, hakimiyyəti və ya ərazini terrorçulara güzəştə getmək fikrində deyillər.

Vaşinqton Ayman əz-Zəvahirinin başına görə 25 milyon dollar vəd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR