«Bank Standard»ın «Kartla ödə, «APPLE» qazan!» aksiyasının III mərhələsinin qalibləri müəyyənləşib - FOTO

«Bank Standard»ın «Kartla ödə, «APPLE» qazan!» aksiyasının III mərhələsinin qalibləri müəyyənləşib - <font color=red>FOTO</font>
# 18 iyul 2012 11:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün «Bank Standard»ın «Kartla ödə, «APPLE» qazan!» aksiyasının III mərhələsinin qalibləri müəyyən olunub.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, lotereyanın qalibləri Fizuli Talıbov, Maksim Pavlov, Mədinə Fərziyeva, Rövşən Əfəndi, Ülfət Yusifzadə, Nailəxanım İsayeva, Sərxan Haşımov, Rafiq Mahmudzadə, Tələt Cəbrayılzadə və Əflatun Fərəcov olublar. Qaliblərin hər birinə «iPhone 4S» mobil telefonları təqdim olunacaq.

Qaliblər öz uduşlarını təhvil almaq üçün tirajın keçirilmə tarixindən etibarən 90 iş günü ərzində bankın Baş ofisinə (Bakı, Azərbaycan prospekti, 4) müraciət edə bilərlər.

Qeyd edək ki, «Kartla ödə, «APPLE» qazan!» geniş həcmli aksiyası «Bank Standard» tərəfindən buraxılan kart sahibləri üçün nəzərdə tutulub. Aksiya 4 mərhələdə keçirilir və 2012-ci ilin sentyabr ayının sonunadək davam edəcək. Bu mərhələlərin hər birində ardıcıl olaraq 10 ədəd «MacBook Pro» noutbuku, daha sonra 10 ədəd «i-Pad2» planşeti, 10 ədəd «i-Phone» mobil telefonu və nəhayət, 10 ədəd «MacBook Air» noutbuku oynanılır. Bu ilin iyulun 1-dən sentyabr ayının 30-dək davam edəcək aksiyanın növbəti, sayca IV mərhələsinin uduş fondunu 10 ədəd «MacBook Air» noutbuku təşkil edir.

Aksiyada iştirak etmək üçün bankın plastik kartı ilə POS-terminal, bankomat (ATM), habelə «Mobil Bank» xidməti vasitəsilə və ya internetdə ödəniş aparmaq lazımdır. Kartlar vasitəsilə ödənilən hər 10 şərti vahid (manat, dollar, funt sterlinq, avro) kart sahibinə bir lotereya şansı qazandırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR