BP şirkəti I yarımillikdə ARDNŞ-ə 2,1 mlrd. kubmetr səmt qazı verib

BP şirkəti I yarımillikdə ARDNŞ-ə 2,1 mlrd. kubmetr səmt qazı verib
# 15 avqust 2012 14:13 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-iyun aylarında «Əsrin müqaviləsi» («Azəri-Çıraq-Günəşli» yataqları, AÇG) layihəsi çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) gündə təxminən 11,5 mln. kubmetr və ya ümumilikdə 2,1 mlrd. kubmetr səmt qazı verilib. Bu barədə «APA-Economics»ə layihənin operatoru olan «BP-Azerbaijan» şirkətindən bildirilib.

Məlumatda bildirilir ki, Azərbaycan tərəfinə ötürülən səmt qazının bir hissəsi Səngəçal terminalına və oradan ölkənin daxili istifadəsi üçün «Azəriqaz»ın dövlət qaz şəbəkəsinə, digər hissə isə ARDNŞ-in «Neft Daşları»ndakı kompressor stansiyasına göndərilib.

«Platformalarından hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə «Mərkəzi Azəri»dəki kompressor və suvurma platformasına (KSVP) göndərilib. Hazırda «Mərkəzi Azəri»də 4 quyudan laya qazvurma əməliyyatları davam edir», - deyə məlumatda bildirilir.

Şirkətin məlumatına görə, ümumilikdə 2012-ci ildə ARDNŞ-ə təqribən 3 mlrd. kubmetr səmt qazı verilməsi gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR