Sabah Asiya İnkişaf Bankının nəqliyyat missiyası Azərbaycana gələcək

Sabah Asiya İnkişaf Bankının nəqliyyat missiyası Azərbaycana gələcək
# 07 may 2012 13:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Mayın 8-də Asiya İnkişaf Bankının (AİB) Azərbaycanda yol şəbəkəsinin inkişafı proqramı («Road Network Development Program») çərçivəsində missiyası Bakıya səfər edəcək. Bu barədə «APA-Economics»ə AİB-in Azərbaycandakı daimi nümayəndəliyindən bildirilib.

Nümayəndəlikdən verilən məlumata görə, missiyaya bankın nəqliyyat üzrə baş mütəxəssisi Reddi Batula (Reddy Bathula) başçılıq edəcək. Bundan başqa, missiyaya AİB-in ətraf mühit üzrə mütəxəssisi xanım Zəhra Abbas (Zehra Abbas) və layihə təhlilçisi xanım Seliya Afrika (Celia Africa) daxildir: «Mayın 16-dək davam edəcək səfər çərçivəsində AİB-in rəsmiləri Dünya Bankının Azərbaycandakı nümayəndəliyi, Nəqliyyat Nazirliyi, «Azəryolservis» ASC və İqtisadi İnkişaf Nazirliyində görüşlər keçirəcək».

Qeyd edək ki, «Road Network Development Program» çərçivəsində AİB 2012-ci il üçün Azərbaycan üçün həcmi 100 mln. dolları olan dördüncü kredit tranşını ayıracağı gözlənilir. Bu tranşın cari ilin noyabr ayında AİB-in Direktorlar Şurası tərəfindən təsdiq olunacağı gözlənilir. Multitranş maliyyələşdirmə paketinin (Multitranche Financing Facility - MFF) ümumi həcmi 500 mln. dollar təşkil edir. AİB Azərbaycana sözügedən paket çərçivəsində iki tranş ayırıb ki, ilk tranş (200 mln. dollar) Masallı-Astara avtomobil yolunun tikintisinə, ikinci tranş isə (55,4 mln. dollar) Gəncə dairəvi avtomobil yolunun tikintisinə yönəldilib. Hazırda üçüncü tranşın (160 mln. dollar) ayrılmasına hazırlıq gedir. Ümumiyyətlə, AİB Azərbaycanda şosse yolları, dəmir yolları və limanın rekonstruksiyası və bərpası, şəhər nəqliyyat infrastrukturu və xidmətlərinin təkmilləşdirilməsi, nəqliyyat sektoru üzrə idarəçilik və islahatlara 3 il ərzində 495 mln. dollar vəsait ayıracaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR