Azərbaycan İstanbulda başlayan «Caspian Telecoms-2012» regional konfrans-sərgidə iştirak edir

Azərbaycan İstanbulda başlayan «Caspian Telecoms-2012» regional konfrans-sərgidə iştirak edir
# 19 aprel 2012 07:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti bu gün İstanbulda başlayan «Caspian Telecoms-2012» adlı ikigünlük regional konfrans-sərgidə iştirak edir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, son illər ərzində tədbir davamlı şəkildə genişlənməklə Xəzər regionu, MDB ölkələri, Türkiyə və Mərkəzi Asiya üçün telekommunikasiya və informasiya texnologiyaları üzrə aparıcı forum kimi tanınıb.

Konfrans çərçivəsində Azərbaycan, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Gürcüstan və regionun digər ölkələrini təmsil edən rəsmi nümayəndə heyətləri regional əməkdaşlıq və sosial-iqtisadi inkişafın aktual məsələlərini və potensial imkanlarını müzakirə etmək imkanı əldə edəcək.

Tədbirin müzakirə və məruzələri rabitə siyasəti, perspektiv texnologiyalar və qabaqcıl texnologiyaların tətbiqi məsələlərini əhatə edəcək.

Azərbaycan təmsilçiləri konfransda ölkənin bölgələrində rabitə və informasiya texnologiyalarının inkişafı, genişzolaqlı internet xidmətlərinin kütləvi tətbiqi haqqında məruzə ilə çıxış edəcək, eləcə də Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin həyata keçirilməsindən söhbət açacaq.

Konfransa rabitə administrasiyalarının nümayəndələri ilə yanaşı avadanlıq istehsalçıları, rabitə operatorları, maliyyə qurumları və beynəlxalq təşkilatların təmsilçiləri də qatılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR