Azərbaycanın cari transfertlər üzrə müsbət saldosu 32% artıb

Azərbaycanın cari transfertlər üzrə müsbət saldosu 32% artıb
# 30 mart 2012 11:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın tədiyyə balansında cari transfertlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 2011-ci il ərzində 3 091,3 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu məbləğin 1 882,3 mln. dollarını və ya 60,9%-ni ölkəyə daxilolmalar, 1 209,0 mln. dollarını və ya 39,1%-ni isə ölkədən transfertlər təşkil edib.

Cari transfertlər üzrə ümumi daxilolmaların 94,1%-i xarici ölkələrdən fiziki şəxslərə köçürülən pul baratları, 1,7%-i ölkəyə gətirilən humanitar mallar, 4,2%-i isə digər daxilolmaların payına düşüb.

Bütövlükdə, cari transfertlər üzrə əməliyyatların müsbət saldosu 673,3 mln. dollar təşkil edib ki, bu da 2010-cu ilə nisbətən 32,3% çoxdur. Qeyd edək ki, ölkəyə transfertlərin həcmi 32,5%, ölkədən həyata keçirilən transfertlər isə 32,7% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR