Azərbaycan prezidenti Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb
# 28 mart 2012 16:46 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, sərəncama əsasən, on altı min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Balakən–Qazma-Darvazbinə avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Balakən Rayon İcra Hakimiyyətinə üç milyon manat ayrılıb.
.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR