Sabah Azərbaycan paytaxtında havanın hərarəti 40 dərəcəyə çatacaq

Sabah Azərbaycan paytaxtında havanın hərarəti 40 dərəcəyə çatacaq
# 06 avqust 2012 09:55 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Sabah Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şimal küləyi əsəcək, havanın temperaturu gecə 23-27, gündüz 36-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı,
Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 27-28, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 21-26, gündüz 35-39, bəzi yerlərdə 41, dağlarda gecə 13-18, gündüz 26-31 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 7 və 8-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir yaranan durğun hava şəraiti fonunda gündüz güclü isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR