Azərbaycanda pul kütləsi yanvar-fevralda azalıb

Azərbaycanda pul kütləsi yanvar-fevralda azalıb
# 08 may 2012 12:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2012-ci ilin martın 1-nə 13 799,2 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 526,6 mln. manat və ya 34,3% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda yanvar-fevral aylarında geniş mənada pul kütləsi 104 mln. manat və ya 0,8% azalıb.

Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.

Pul kütləsinin M2 aqreqatı (manat pul kütləsi) yanvar-fevralda 302,9 mln. manat və ya 2,8% azalaraq 10 694,3 mln. manata çatıb:

 

01.03.11

01.01.12

01.03.12

M0 (nağd pullar)

5 363,1

7 158,2

6 911,2

M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər)

6 655,5

8 824,8

8 362,7

M2 (Nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər)

7 907,7

10 997,2

10 694,3

M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər)

10 272,6

13 903,2

13 799,2



Pul bazarında nağdlaşma səviyyəsinə gəldikdə qeyd edək ki, cari ilin martın 1-nə nağd pulun manat pul kütləsində xüsusi çəkisi 64,6% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrün göstəricisindən 3,2 faiz bəndi azdır.

Qeyd edək ki, nağdlaşma səviyyəsinin azalması müsbət göstərici kimi hesab olunur və ölkədə nağdsız hesablaşmaların genişlənməsini əks etdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR