Azərbaycanda 4 nəfər bədbəxt hadisələr nəticəsində ölüb

Azərbaycanda 4 nəfər bədbəxt hadisələr nəticəsində ölüb
# 06 oktyabr 2012 09:19 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda 4 nəfər bədbəxt hadisələr nəticəsində ölüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki evlərdən birində, Bakı şəhər sakini Məhəmməd Quliyev tikinti işləri apararkən ehtiyatsızlığı nəticəsində yıxılaraq dünyasını dəyişib. Sabunçu və Səbail rayonlarında Turanə Alıyeva və Elçin Ağayev elektrik cərəyanı vurması nəticəsində ölüblər.

Naxçıvanda Şərur rayonunun Oğlanqala kəndi ərazisində, kənd sakini Məhəmməd Mahmudov isə su kanalına düşərək boğulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR