İranda azərbaycanlı qadın haqları müdafiəçisinin məhkəməsi keçirilib

İranda azərbaycanlı qadın haqları müdafiəçisinin məhkəməsi keçirilib
# 18 fevral 2012 23:25 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Fevralın 18-də İranda azərbaycanlı qadın haqları müdafiəçisi Məhsa Mehdilinin məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, işə Urmiya İnqilab Məhkəməsində baxılıb. İrandakı mövcud quruluşun əleyhinə təbliğat aparmaqda günahlandırılan Məhsa Mehdilini vəkili Musa Bərzin Xəlifəlu müdafiə edib. Bu ittiham onun yazdığı bəzi məqalələr və GünAzTV-yə verdiyi müsahibəsi üçün irəli sürülüb.
Qeyd edək ki, azərbaycanlı qadın haqları müdafiəçisi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Məhsa Medilini avqustun 21-də Urmiya şəhərində atasının mənzilində həbs ediblər. Amma 22 gün sonra ailəsinin qoyduğu 50 min ABŞ dolları mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR