İran İsrail diplomatlarına qarşı hücumlarda əli olmadığını bəyan edib

İran İsrail diplomatlarına qarşı hücumlarda əli olmadığını bəyan edib
# 13 fevral 2012 17:45 (UTC +04:00)
APA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, İran İslam Respublikasının Hindistandakı səfiri müvafiq bəyanatla çıxış edib.

«İran istənilən terror hücumunu pisləyir və biz İsrail rəsmilərinin bütün uydurma şərhlərini təkzib edirik. Bu ittihamlar əvvəlki kimi yalan və iftiradan ibarətdir», deyə səfir Mehdi Nəbizadə bildirib.

Xatırladaq ki, İsrail Hindistanda və Gürcüstanda İsrail diplomatlarına qarşı baş verən terror aktı və terror cəhdində İranı günahlandırıb.

APA-nın “Associated Press”ə istinadın verdiyi məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu İranın Nyu-Dehli və Tiflisdəki hadisələrə cavabdeh olduğunu söyləyib: “Bu hücumların arxasında İran və onun dəstəklədiyi “Hizbullah” dayanır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR