Bank Of Baku

Araz Əzimov: “Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımamaq və işğalı davam etdirmək mövqeyindən çəkilməsi üçün konkret tədbirlər görülməlidir” - EKSKLÜZİV

Araz Əzimov: “Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımamaq və işğalı davam etdirmək mövqeyindən çəkilməsi üçün konkret tədbirlər görülməlidir” - <font color=red>EKSKLÜZİV</font>
# 20 iyun 2008 11:18 (UTC +04:00)
Bu sözləri APA-ya eksklüziv açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. İctimaiyyətin həmsədrlərdən konkret addımlar gözlədiyini qeyd edən nazir müavini hesab edir ki, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımamaq və işğalı davam etdirmək mövqeyindən çəkilməsi üçün effektiv tədbirlər görülməlidir: “Konkret addımlar atılmalıdır ki, Ermənistan tutduğu qeyri-konstruktiv mövqedən çəkilsin, ümumi məxrəcə gəlinsin və bu ümumi məxrəc əsasında danışıqlar prosesi davam etdirilə bilsin”.
Ermənistan prezidenti Serj Sərkisyanın Moskvaya gözlənilən səfərinə münasibət bildirən A. Əzimov bu səfərin təlimat xarakteri daşıdığını düşünmədiyini söyləyib: “Səfərə Ermənistan-Rusiya əlaqələri çərçivəsində baxılmalıdır. Rusiya Ermənistanın həyatında böyük rol oynayır. Rusiyanın Ermənistanda mövcud olan mövqeyi iqtisadi, siyasi, hərbi cəhətdən bu respublikaya böyük təsir göstərir. Əlbəttə ki, bu təsirlər Sərkisyanın nəzərindən qaça bilməz”.
Qeyd edək ki, həmsədrlərin regiona gələn həftə səfər edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR