Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri müxtəlif istiqamətlərdən atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri müxtəlif istiqamətlərdən atəşkəsi pozub
# 21 iyun 2008 08:10 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 20-də saat 22:35-dən 22:50-dək Ermənistanın Berd rayonu Mosesqex kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun ərazisindəki mövqelərini, saat 15:35-dən 16:00-dək və iyunun 21-i saat 01:35-dən 01:40-dək Xocavənd rayonunun Kuropatkino kəndində yerləşən mövqelərdən, Füzuli rayonunun Aşağı Veysəlli və Qorqan kəndində yerləşən mövqelərdən, Tərtər rayonunun Həsənqaya kəndi yaxınlığında yerləşən mövqelərdən, Ağdam rayonunun Cəvahirli və Əhmədağalı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR