Bank Of Baku

DAK-ın birlik qurultayı işinə başlayıb

DAK-ın birlik qurultayı işinə başlayıb
# 21 iyun 2008 11:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi (DAK) ilə Demokratik Dünya Azərbaycanlıları Konqresinin (DDAK) birlik qurultayı bu gün Belçikanın paytaxtı Brüsseldə öz işinə başlayıb. DAK sədri Q. Təbrizinin APA-ya verdiyi məlumata görə, qurultay Avropa Parlamentinin İqamətgahında Husa President Park otelində keçirilir. Q. Təbrizi bildirib ki, qurultay iki gün davam edəcək. Bu gün Güney və Quzey Azərbaycandakı vəziyyət, diasporun fəaliyyəti ilə bağlı məruzələr dinləniləcək. Sabah isə birləşmiş təşkilatların rəhbərliyinin formalaşması üçün seçkilər keçiriləcək. O, qurultayın işinə Avropanın müxtəlif ölkələrindən, həmçinin ABŞ, Kanadada yaşayan azərbaycanlıların qatıldığını qeyd edib. Təbrizi Sabir Rüstəmxanlının rəhbərlik etdiyi DAK-dan da bir sıra nümayəndələrinin qurultayın işinə qatıldığını bildirib: “Onların tərəfinə iki-üç nəfər keçmişdi, onlar da bura gəlib. Həmin qrupdan kimlər gəlsə, üzünə qarımız açıqdır. 5-6 nəfərlə parçalanmış DAK-ın üzvlərinin bizə qoşulması bizim üçün yaxşıdır. Çünki bu birlik qurultayıdır. Parçalanmış diasporun heç yerdə hörməti olmur”. Q. Təbrizi qurultayda 150 nümayəndənin olduğunu deyib. O, qurultayın son günü - iyunun 23-də Avropa Parlamentinin İqamətgahında “Güney Azərbaycanın çağdaş durumu və siyasi gələcəyi” mövzusunda seminar keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR