Bank Of Baku

Faşist Almaniyasının Sovet İttifaqına hərbi təcavüzündən 67 il ötür

Faşist Almaniyasının Sovet İttifaqına hərbi təcavüzündən 67 il ötür
# 22 iyun 2008 09:10 (UTC +04:00)
A. Liskov sərhədi könüllü keçdiyini və almanların səhərə yaxın hücuma başlayacağını xəbər verib. 90-cı sərhəd dəstəsinin komandiri, mayor M. S. Bıçkovski bu məlumatı telefonla şəxsən 5-ci ordunun komandanı, general-mayor Potapova çatdırıb. Ancaq Potapov informasiyanı şübhə ilə qarşılayıb. Mayor Bıçkovski həmin anları belə xatırlayır: “Sərhəd dəstəsindəki tərcüməçilər almanca zəif bildiyindən mən maşın göndərərək şəhərdən alman dilini mükəmməl bilən müəllim gətirtdim. A. Liskov dediklərini bir daha təkrarladı və dan yeri ağarar-ağarmaz almanların hücuma başlayacağını söylədi. Sorğu-sual bitməmiş ilk komendantlığın yerləşdiyi Ustiluq istiqamətindən güclü artilleriya atəşləri eşidildi. Mən anladım ki, bizim əraziyə atəşi almanlar açır. Bunu sorğu-suala tutduğumuz alman əsgəri də dərhal təsdiqlədi. Mən telefonla komendantla əlaqə saxlamağa çalışdım, amma rabitə kəsilmişdi”... Müharibənin başladığı haqda ilk məlumat Sovet ordusunun Baş Qərargahına 22 iyun, saat 03.07-də çatıb. Baş Qərargah rəisi, marşal Jukov xatirələrində müharibənin başlamasını belə xatırlayır: “Saat 03.07-də Qara dəniz donanmasının komandanı Oktyabrski mənə zəng edərək dəniz istiqamətindən çoxlu sayda naməlum təyyarənin gəldiyini, donanmanın hücumu dəf etməyə hazır olduğunu söylədi və əmr gözlədiyini bildirdi”. Bundan sonra Jukova gələn telefon zəngləri bir-birini əvəz edir: Qərb hərbi dairəsinin komandanı Klimovskix düşmən aviasiyasının Belorus şəhərlərini, Kiyev hərbi dairəsinin qərargah rəisi Purkayev düşmən aviasiyasının Ukrayna şəhərlərini, Pribaltika hərbi dairəsinin komandanı Kuznetsov isə almanların Kaunas və digər şəhərləri bombaladığını xəbər verirlər. Saat 03.40-da SSRİ-nin müdafiə üzrə xalq komissarı Timoşenko Jukova əmr edir ki, Stalinə telefon edərək müharibənin başladığı haqda məruzə etsin. Jukovu dinləyən Stalin onu və Timoşenkonu, eləcə də Siyasi Büronun bütün üzvlərini yanına çağırır. Saat 04.30-da Kremldə fövqəladə iclas başlayır. Stalin dərhal Almaniya səfirliyi ilə əlaqə yaradılmasını tələb edir. Səfirlikdən bildirirlər ki, səfir Şulenberq təcili şəkildə sovet rəhbərliyi ilə görüşmək istəyir. Xarici işlər üzrə xalq komissarının müavini Molotov səfirlə görüşə yollanır və geri dönərək məruzə edir: “Almaniya hökuməti bizə müharibə elan edib”. Saat 07.15-də Stalin Hitler təcavüzünün dəf olunması haqda direktiv, saat 09.30-da isə səfərbərlik elan edilməsi və ölkənin Avropa hissəsində hərbi vəziyyət elan olunması barədə fərman imzalayır. İyunun 22-də saat 12.00-da Molotov SSRİ rəhbərliyi adından radio ilə xalqa müraciət edərək müharibənin başlandığını rəsmən bəyan edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR