Bank Of Baku

Qabil Hüseynli: “Müsavat Partiyası hakimiyyətdən hər hansı güzəştlər gözləmir”

Qabil Hüseynli: “Müsavat Partiyası hakimiyyətdən hər hansı güzəştlər gözləmir”
# 22 iyun 2008 10:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Müsavat Partiyasında prezident seçkilərinin boykot edilməsi ilə bağlı başlayan müzakirələrdə məqsəd hakimiyyətdən hər hansı güzəştlər əldə etmək deyil. Bu barədə deyilənlər əsassızdır”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Qabil Hüseynli deyib. Onun sözlərinə görə, hakimiyyətin Müsavata münasibəti bəllidir və get-gedə partiyaya qarşı təzyiqlər artır. ADP-də boykotla bağlı müzakirələrə gəldikdə, Q. Hüseynli bu partiyanın da hakimiyyətdən güzəşt qoparmaq məqsədi güdmədiyini düşünür: “ADP bir zamanlar hakimiyyətlə konstruktiv əməkdaşlıq yolunu seçdi. Hətta konstruktiv müxalifət mövqeyində olacağını da söylədi. Amma heç bir nəticə hasil olmadı. Ona görə də bu gün yenidən belə mövqe nümayiş etdirəcəyini düşünmürəm. Müsavat isə heç vaxt belə mövqe ortaya qoymayıb”. Q. Hüseynli prezident seçkilərinin kütləvi şəkildə boykot edilməsinin baş tutacağına inanmadığını da vurğulayıb: “İstər boykot, istər seçkilərə getmək məsələsində müxalifətin yekdil mövqeyi yoxdur. Mən mütəmadi aşağılarda oluram və “Azadlıq” blokuna üzv partiyaların təmsilçilərinin də seçkidə iştiraka tərəfdar olmasına şahidəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR