Bank Of Baku

Azərbaycan Milli Məclisinin növbəti iclası iyunun 24-də keçiriləcək

Azərbaycan Milli Məclisinin növbəti iclası iyunun 24-də keçiriləcək
# 23 iyun 2008 08:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Milli Məclisin növbəti iclası iyunun 24-də keçiriləcək. Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasın gündəliyinə Azərbaycanla Fransa hökumətləri arasında 2007-ci ildə fəaliyyət protokolunun icra edilməsi məqsədi ildə bağlanan kredit müqaviləsinin təsdiqi, 2008 - 2010-cu illər üçün narkotik vasitələrin, psixotron maddələrin və onların prokursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə MDB iştirakçısı olan dövlətlərin əməkdaşlıq proqramı haqqında qərarın təsdiqi, “Hərbi qulluqçuların statusu haqqında”, “Dövlət qulluğu haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişikliklər, İnzibati Xətalar, Cinayət Prosessual və Cəzaların İcrası məcəllələrində əlavə və dəyişikliklərin müzakirəyə çıxarılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR