Bank Of Baku

Dağıstan prezidenti iyunun 26-27-də Azərbaycanda rəsmi səfərdə olacaq

Dağıstan prezidenti iyunun 26-27-də Azərbaycanda rəsmi səfərdə olacaq
# 23 iyun 2008 08:33 (UTC +04:00)
Dağıstanın Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, M. Əliyev Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədovla görüşlər keçirəcək. M. Əliyevi böyük nümayəndə heyəti, o cümlədən işgüzar dairələrin təmsilçiləri müşayiət edəcək. Görüşlər zamanı Azərbaycan-Dağıstan hökumətlərarası komissiyanın ilk iclasının tarixi müəyyənləşəcək. Komissiyaya Azərbaycan tərəfdən baş nazirin 1-ci müavini Yaqub Eyyubov, Dağıstan tərəfdən isə hökumət başçısı Şamil Zaynalov rəhbərlik edir. Səfər çərçivəsində M. Əliyev Azərbaycan incəsənət və mədəniyyət xadimlərinə Dağıstan Respublikasının xalq və əməkdar artistləri fəxri adlarının verilməsi barədə diplomlar təqdim edəcək.
Qeyd edək ki, bu, M. Əliyevin prezident qismində Azərbaycana 3-cü səfəridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR