Bank Of Baku

Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi DAK-la Demokratik Dünya Azərbaycanlıları Konqresinin birlik qurultayı yekunlaşıb

Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi DAK-la Demokratik Dünya Azərbaycanlıları Konqresinin birlik qurultayı yekunlaşıb
# 23 iyun 2008 08:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Qulamrza Səbri Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi (DAK) ilə Məhəmmədrza Xeştinin sədri olduğu Demokratik Dünya Azərbaycanlıları Konqresinin (DDAK) Belçikanın paytaxtı Brüsseldə keçirilən birlik qurultayı işini yekunlaşdırıb. Q. S. Təbrizinin APA-ya verdiyi məlumata görə, qurultayda Nizamnaməyə dəyişiklik edilib və qurumda fəxri prezident və həmsədrlik institutu yaradılıb. Sonra qurumun rəhbərliyinə və digər strukturlarına seçki keçirilib. Q. S. Təbrizi DAK-ın fəxri prezidenti, Paşa Qəlbinur və Məhəmmədrza Xeşti isə həmsədr seçiliblər. Həmçinin 21 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb. Bu gün - qurultayın son günündə Avropa Parlamentinin binasında “Güney Azərbaycanın çağdaş durumu və siyasi gələcəyi” mövzusunda seminar keçiriləcək. Qeyd edək ki, qurultayın birinci günü - iyunun 21-də DAK-la DDAK arasında birlik sazişi imzalanıb.
Xatırladaq ki, bu il martın 4-də DAK İdarə Heyətinin 17 üzvündən 11-nin iştirakı ilə paltakl vasitəsilə toplantısı keçirilib. Yığıncaqda təşkilat sədrinə etimad məsələsi müzakirəyə çıxarılıb və Q. S. Təbrizi qurumun rəhbəri vəzifəsindən çıxarılıb. Bundan sonra qurumda parçalanma yaranıb, nəticədə Q.S. Təbrizi və S. Rüstəmxanlının rəhbərlik etdiyi qruplar ayrı-ayrılıqda qurultay keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR