Bank Of Baku

AMİP lideri sabah Fransaya gedir

AMİP lideri sabah Fransaya gedir
# 23 iyun 2008 09:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov sabah Fransaya səfərə gedəcək. E. Məmmədov APA-ya açıqlamasında bildirib ki, Parisdə keçiriləcək Beynəlxalq Demokratiya İttifaqının (BDI) illik toplantısında iştirak edəcək. Toplantıda BDİ-nin təşkilati məsələlərinə baxılacaq, yeni dövr üçün fəaliyyət istiqamətləri müzakirə ediləcək, bəyanatlar qəbul olunacaq. E. Məmmədov qurumun rəhbərliyinə seçkilərin keçiriləcəyini də istisna etməyib: “Hələ gündəlik bizə bəlli deyil, bu iclasda müəyyənləşəcək. Ola bilsin ki, qurumda sədr dəyişikliyi edilsin”. Hazırda BDİ-yə Avstriyanın keçmiş baş naziri Con Hovard rəhbərlik edir.
Qeyd edək ki, toplantı iştirakçılarını Fransa prezidenti Nikola Sarkozi də qəbul edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR