Bank Of Baku

Erməni telekanalları Azərbaycanın Qazax rayonunun sərhəd kəndlərində efir məkanını zəbt edib

Erməni telekanalları Azərbaycanın Qazax rayonunun sərhəd kəndlərində efir məkanını zəbt edib
# 23 iyun 2008 10:22 (UTC +04:00)
Qazax. Nəzakət Məşədiəliqızı, İlhamə İsabalayeva - APA. Erməni telekanalları Qazax rayonunda və rayonun Ermənistanla sərhəd olan Quşçu Ayrım, Məzəm və Fərəhli kəndlərində efir məkanını zəbt edib. Sərhəd kəndlərində isə AzTV-dən başqa, heç bir yerli kanalı izləmək mümkün deyil. APA-nın qərb bürosunun məlumatına görə, artıq 3 ildir, Ermənistan tərəfindən sərhədə yaxın ərazidə quraşdırılan teleötürücü sözügedən kəndlərdə Azərbaycanın televiziya kanallarının dalğalarının yayımlanmasına imkan vermir.
Peyk antenaları vasitəsi ilə yerli telekanallara baxmaq mümkün olsa da, erməni teleötürücülərinin dalğaları buraya da öz təsirini göstərir. Əsasən, axşam saatlarında Azərbaycan telekanallarının yayımı tez-tez pozulur. Sakinlərin sözlərinə görə, ermənilərin dillərini başa düşməsələr də, təsvirlərdən Qarabağla bağlı ciddi təbliğat aparıldığı anlaşılır. Reklam çarxlarının sonunda isə ermənilər bayraqlarını Şuşaya sancmalarını nümayiş etdirilər. Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Fərman Nağdəliyev APA-nın yerli bürosuna bildirib ki, problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət olunsa da, hələlik konkret tədbir görülməyib. F. Nağdəliyev onu da əlavə edib ki, Azərbaycanın sərhəd kəndlərində mobil telefonlar çox zəif tutduğu halda, Ermənistanın “Armencell” şəbəkəsi həddindən artıq güclüdür. Hətta telefonlara “Erməni torpağına xoş gəlmisiniz” mesajı yönəldilir.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Teleradio” İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov APA-ya bildirib ki, təmsil etdiyi qurum respublika ərazisində yalnız dövlət televiziyası olan Az TV və Respublika radiosunun yayımını təşkil edir. M. Abbasovun sözlərinə görə, Az TV-nin yayımı üçün Qazaxın hər üç kəndində - Quşçu Ayrım, Məzəm və Fərəhli kəndlərində vericilər quraşdırıb. Buna görə də həmin rayonlarda Az TV-nin yayımında heç bir problem yoxdur. Azərbaycanın digər yerli kanallarına gəldikdə, M. Abbasov bildirib ki, yayımlarının keyfiyyətini gücləndirmək üçün onlar özləri vericilər almalı və quraşdırmalıdır: “Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə görə, sərhəd ərazilərdə bir kanalın yayım dalğası 300 km ərazini əhatə edə bilər. Buna görə də ermənilərin kanalları bizim efir məkanına daxil olduğu kimi, bizim kanallar da onların ərazilərində yayımlanır”.
RİTN-in baş məsləhətçisi Qulam Abdullayev isə APA-ya bildirib ki, Ermənistanın “Armencell” mobil rabitə şəbəkəsinin Qazax rayonu ərazisində aktiv olması ilə bağlı araşdırma aparacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR