Bank Of Baku

Bəhram Xəlilov: “Vakant dövlət qulluğu vəzifələri üzrə keçirilən müsabiqələrin nəticələrindən tam razı deyilik”

Bəhram Xəlilov: “Vakant dövlət qulluğu vəzifələri üzrə keçirilən müsabiqələrin nəticələrindən tam razı deyilik”
# 23 iyun 2008 10:26 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. “Vakant dövlət qulluğu vəzifələri üzrə keçirilən müsabiqələrin nəticələrindən tam razı deyilik”. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib. B. Xəlilovun sözlərinə görə, namizədlərin hazırlığı komissiyanı o qədər də qane etmir: “Biz namizədlərin həm təhsil, həm dünyagörüşü səviyyəsindən bir qədər narazıyıq. İndiyə kimi keçirdiyimiz dörd müsabiqədə 5 mindən çox namizəd iştirak edib, onlardan yalnız 289 nəfəri vakant dövlət qulluğu vəzifələrinə uyğun hesab edilib”.
B. Xəlilov onu da deyib ki, komissiya avqust ayında vakant dövlət qulluğu vəzifələri üzrə növbəti müsabiqə elan edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR