Bank Of Baku

YAP bir qrup amerikalı konqresmenə etiraz məktubu göndərib

YAP bir qrup amerikalı konqresmenə etiraz məktubu göndərib
# 23 iyun 2008 12:07 (UTC +04:00)
APA-nın məlumatına görə, konqresmenlər Hovard Berman, Co Nollenberq, Bred Şerman, Adam Şif, Frenk Palloneyə ünvanlanmış məktubda deyilir: “Dinləmələr zamanı ABŞ-la Azərbaycan arasında gündən günə inkişaf edən strateji tərəfdarlıq münasibətləri geniş və hərtərəfli şərh edilib, bu əlaqələrə yüksək qiymət verilib. Lakin təəssüflər olsun ki, həmin dinləmələr zamanı sizin və bir neçə digər həmkarlarınızın etdiyi çıxışlar Azərbaycan ictimaiyyəti, eləcə də hakim Yeni Azərbaycan Partiyası tərəfindən etirazla qarşılanıb. Belə ki, çıxışlarda Dağlıq Qarabağ münaqişəsinə obyektiv qiymət verilməyib, həqiqətdən kənar fikirlər söylənib. Biz əminik ki, Siz və bu səpgidə çıxış edən digər konqresmenlər BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr barədə məlumatlısınız. Bilirsiniz ki, məhz Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, 1 milyondan çox qaçqın və məcburi köçkün öz yurdlarından didərgin salınıb”. Müraciətdə bildirilir ki, Ermənistan hal-hazırda davam edən təcavüzkar siyasəti ilə özünü bütün regional layihələrdən kənarda qoyub: “Əgər siz hər hansı bir blokada vəziyyətinə etiraz edirsinizsə, bu etirazları ilk növbədə Ermənistana yönəltməniz daha doğru və məntiqli olardı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR