Bank Of Baku

Həştərxandan vilayətinin nümayəndə heyəti Azərbaycana səfər edəcək

Həştərxandan vilayətinin nümayəndə heyəti Azərbaycana səfər edəcək
# 23 iyun 2008 12:49 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. İyulda Rusiyanın Həştərxan vilayətinin nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır. Bu barədə APA-ya Rusiyanın Azərbaycanda Ticarət Nümayəndəliyinin rəhbəri Yuri Şedrin məlumat verib. Onun sözlərinə görə, səfər zamanı Xəzərin hüquqi statusu, Həştərxanla Bakı arasında birbaşa bərə əlaqəsinin yaradılması, vilayətin gəmiçilik sahəsində təcrübəsindən Azərbaycanda istifadə olunması, Bakı-Həştərxan aviareysinin açılması, ticarət dövriyyəsinin artırılması nəzərdə tutulur. Nümayəndə heyətinin tərkibinə vilayətin rəhbər şəxsləri və iş adamları daxildir. Qeyd edək ki, 1994-cü ildə Bakı və Həştərxan arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Həştərxan vilayəti ilə Azərbaycan arasında illik ticarət dövriyyəsinin həcmi 6 milyon dollardır. Müqayisə üçün qeyd edək ki, Azərbaycanla Nijni Novqorod arasında ticarət dövriyyəsinin həcmi 100 milyon dollar, Tatarıstanla isə 60 milyon dollardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR