Bank Of Baku

Müsavat Partiyası Əbülfəz Elçibəyin 70 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirib

Müsavat Partiyası Əbülfəz Elçibəyin 70 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirib
# 23 iyun 2008 13:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Müsavat Partiyası Əbülfəz Elçibəyin 70 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirib. APA-nın məlumatına görə, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Ə. Elçibəyin Azərbaycan tarixindəki rolu və yeri barədə danışıb. Milli Demokratiya İnstitutunun Şərqi Avropa departamentinin direktoru İrena Lasota Ə. Elçibəylə bağlı xatirələrini danışıb və onun Azərbaycanda demokratiyanın inkişafına verdiyi töhfələri qeyd edib. O, Əbülfəz Elçibəyi anadangəlmə demokrat adlandırıb: “Əbülfəz Elçibəy onu tənqid edən mətbuat vasitələri və şəxslər barədə bir dəfə də olsun pis fikir söyləməyib. O, cəmiyyətdə sərbəstliyin və azad fikirliliyin tərəfdarı olduğunu nümayiş etdirib. Hətta bəzi müxalifət qəzetləri və partiyaları da Elçibəyə qarşı kampaniya aparırdılar. Amma o bunu özünə problem etmirdi”. Tədbirdə çıxış edən Bütöv Azərbaycan Birliyinin Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli, şair Abbas Abdulla, Milli Məclisin deputatı Cəmil Həsənli və digərləri də Əbülfəs Elçibəyin milli-mənəvi dəyərlərə sadiqliyi, ictimai-siyasi fəaliyyəti haqda danışıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR