Bank Of Baku

“Azadlıq” bloku Əbülfəz Elçibəyin 70 illiyinə həsr olunmuş dəyirmi masa keçirib

“Azadlıq” bloku Əbülfəz Elçibəyin 70 illiyinə həsr olunmuş dəyirmi masa keçirib
# 23 iyun 2008 13:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Azadlıq” bloku Əbülfəz Elçibəyin 70 illiyinə həsr olunmuş dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən AXCP sədri Əli Kərimli Əbülfəz Elçibəyin Azərbaycanda milli dəyərlər sisteminin və siyasi elitanın formalaşmasında böyük rolu olduğunu deyib: “Əbülfəz Elçibəy siyasətə təmənnasız fəaliyyət və əxlaq aşılayıb”. Milli Məclisin deputatı, professor Cəmil Həsənli isə deyib ki, Ə. Elçibəy 1970-ci illərdə sovetlər dövrünün dissidentlərindən olub: “Əbülfəz Elçibəy sovet quruluşuna olan nifrətini tələbələrinə təlqin edib və haqlı olduğunu təsdiqləyib. Mən onun yaratdığı tələbə dərnəklərindən birinin üzvü olmuşam. Əbülfəz Elçibəy Cənubi Azərbaycan türklərinin müdafiəçilərindən və bu bölgədə gedən proseslərin ideoloqlarından olub”. Klassik Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin sədri Zəlimxan Məmmədli Ə. Elçibəyi insanpərvər şəxs kimi xarakterizə edib: “Onun milli missiyası var idi. Bununla yanaşı Elçibəy insan amilinə qiymət verirdi. O heç kiminlə xarici görünüşünə görə təmas qurmazdı”. Z. Məmmədli müxalifət düşərgəsində təmsil olunan partiyaları bir platforma ətrafında birləşməyə də çağırıb: “Özünü Elçibəyin təfəkkürünün davamçısı sayan partiya liderləri birləşməlidir. İsa Qəmbər, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Lalə Şövkət Elçibəy platforması ətrafında birləşməlidirlər. Bu, Azərbaycanın inkişaf modelidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR