Bank Of Baku

Sərdar Cəlaloğlu: “Müxalifətin güc mərkəzinin yaranması “Azadlıq” blokunun günahı ucbatından baş tutmadı”

Sərdar Cəlaloğlu: “Müxalifətin güc mərkəzinin yaranması “Azadlıq” blokunun günahı ucbatından baş tutmadı”
# 23 iyun 2008 15:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Azadlıq” bloku ilə birgə yeddi-səkkiz iri partiyanın bir yerdə olmasına çalışdım. Hər dəfə “Azadlıq” bloku bu birliyin əleyhinə addım atdı. Müxalifətin güc mərkəzinin yaranması “Azadlıq” blokunun günahı ucbatından baş tutmadı”. Bu sözləri jurnalistlərə açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib. Onun sözlərinə görə, “Azadlıq” bloku ilə əlaqələrin korlanmasının səbəbi digər tərəfin şəxsi ambisiyaları ilə əlaqədardır: “Deyəndə ki, filankəs alver edir, mən onu başa düşürəm. Dəfələrlə İsa Qəmbərlə bir-birimizi tənqid etmişik. Ancaq lazım gələndə, milli maraqlar naminə problemləri birgə oturub müzakirə edə bilirik. Siyasətçi belə olar. Siyasət bizi bir araya gətirirsə, biz ancaq siyasi məsələlərdə bir-birimizə yaxınlaşıb, uzaqlaşa bilərik”. Dəfələrlə “Azadlıq” blokuna müraciət etdik ki, ümumi məsələlərdə birləşək. Amma onlar bu təklifə məhəl qoymadılar”. S. Cəlaloğlu ölkədəki siyasi proseslərə görə beynəlxalq ictimaiyyəti ittiham edib: “Azərbaycanda yaranan vəziyyətin səbəbi müxalifətin birləşə bilməməyində yox, beynəlxalq ictimaiyyətin Azərbaycanda demokratik proseslərə dəstək verməməsidir. Azərbaycan qloballaşma prosesinin mərkəzində dayanır, ölkədə yalnız daxili güclər deyil, beynəlxalq güclər də rəqabət aparır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR