Bank Of Baku

Azərbaycanın bir qrup mədəniyyət işçisinə “Xalq artisti” fəxri adı verilib

Azərbaycanın bir qrup mədəniyyət işçisinə “Xalq artisti” fəxri adı verilib
# 23 iyun 2008 16:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan prezidenti İlham Əliyev bir qrup mədəniyyət işçisinə “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, Ağadadaş Dadaşov, Elza İbrahimova və Ramiz Zöhrabova “Xalq artisti” fəxri adı verilib. Bununla yanaşı, prezident İ. Əliyev dövlət qulluğunda fərqlənən bir qrup şəxsin “III dərəcəli vətənə xidmət” ordeni ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR