Bank Of Baku

Bakıda “Azərbaycanın Avro-atlantik məkana inteqrasiyası və demokratik seçkilər” mövzusunda beynəlxalq konfrans keçirilir YENİLƏNİB

Bakıda “Azərbaycanın Avro-atlantik məkana inteqrasiyası və demokratik seçkilər” mövzusunda beynəlxalq konfrans keçirilir  <font color=red>YENİLƏNİB </font>
# 24 iyun 2008 10:34 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc Azərbaycan və NATO münasibətlərinin inkişaf etdiyini bildirib. Azərbaycanın 1994-cü ildən böyük enerji siyasətinə başladığını deyən səfir NATO ilə əməkdaşlığın Azərbaycanın Avro-atlantik məkana inteqrasiya baxımından vacib olduğunu qeyd edib. H. Kılıc bildirib ki, Türkiyə Azərbaycanın Avro-atlantik məkana inteqrasiyasını dəstəkləyir: “Biz inanırıq ki, qarşıdan gələn prezident seçkisi demokratik standartlara cavab verəcək. Bu seçki Cənubi Qafqazda demokratiyanın inkişafına və beynəlxalq ictimaiyyətin Azərbaycana inamının artmasına kömək edəcək”. Səfir Dağlıq Qarabağ probleminin indiyədək həll olunmamasına da toxunub: “Dünya ictimaiyyəti bu məsələyə diqqət yetirməli və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləməlidir”. Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Kamil Xasıyev Azərbaycan və NATO münasibətlərinin tarixindən danışıb. O, hazırda Azərbaycanın NATO-nun 50-dən artıq layihəsini həyata keçirdiyini söyləyib: “Azərbaycan və NATO arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasi dialoq da aparılır”. NATO-nun baş katibinin ictimai diplomatiya üzrə köməkçisi Jan Fransua Buro NATO ilə əməkdaşlığın Azərbaycanın Avro-atlantik məkana və buradakı qurumlara inteqrasiyasının bir hissəsi olduğunu söyləyib: “Biz bu əməkdaşlıqdan çox razıyıq. IPAP-ın I mərhələsi artıq başa çatıb və Azərbaycanın bu mərhələdə uğurlar əldə edib. Planın II mərhələsi həyata keçiriləcək. Ümidvarıq ki, Azərbaycan NATO-nun ən uğurlu tərəfdaşlarından biri olacaq. Biz NATO olaraq Azərbaycanla əməkdaşlığın davamını dəstəkləyirik”. Jan Fransua Buro qarşıdan gələn prezident seçkisinin Azərbaycan üçün çox vacib olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi bildirib ki, Azərbaycan Avro-atlantik məkana inteqrasiya strategiyasını qəbul edib. ABŞ Azərbaycanın Avro-atlantik məkana inteqrasiyasını, müstəqilliyini və suverenliyini dəstəkləyir. Ann Dersi bu il həm ABŞ-da, həm Azərbaycanda seçki ili olduğunu xatırladıb: “Bu, hökumətlərimizin bağlı olduğunu nümayiş etdirdiyi demokratiya, qanunun aliliyi kimi əsas dəyərlərin gücləndirilməsi üçün bir imkandır. Hər bir demokratik ölkədə azad və ədalətli seçkilər yalnız səslərin verilməsi və hesablanması demək deyil. Seçkilər insanların milli prioritetlərini müəyyənləşdirir. Bu seçimi etmək üçün insanlara tənqidçi yanaşmaq hüququ verilməlidir. Bu, insanlara seçim etmək hüququ verən demokratiya prosesinin mühüm hissəsidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR