Bank Of Baku

Fazil Qəzənfəroğlu: “Parlamentin 90 illik yubileyi ilə bağlı dərc olunmuş materiallarda bir sıra təhriflərə yol verilib”

Fazil Qəzənfəroğlu: “Parlamentin 90 illik yubileyi ilə bağlı dərc olunmuş materiallarda bir sıra təhriflərə yol verilib”
# 24 iyun 2008 10:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. “Parlamentin 90 illik yubileyi ilə bağlı dərc olunmuş materiallarda bir sıra təhriflərə yol verilib”. APA-nın məlumatına görə, bu fikirləri millət vəkili Fazil Qəzənfəroğlu Milli Məclisin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, dərc olunmuş bir sıra materiallarda bilərəkdən yanlışlığa yol verilib. Millət vəkili Sabir Rüstəmxanlı da dərc olunun materiallarda 1990-95-ci illər parlamentinin tarixinin saxtalaşdırıldığını deyib. Parlamentin spikeri Oqtay Əsədov isə bildirib ki, dərc olunan materiallarda yalnız 1918-20-ci illər parlamenti və son 3 çağırış parlamentin fəaliyyəti əsas götürülüb. Onun sözlərinə görə, Azərbaycan parlamentinin bütün tarixini bu yazılarda əks etdirmək mümkün deyildi: “Bu zaman biz gərək Sovet dövrü parlamentinin də tarixini bura daxil edəydik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR