Bank Of Baku

NATO baş katibinin köməkçisi: “Qarşıdakı seçki həm Azərbaycanda, həm də digər ölkələrdə demokratik proseslərin inkişafı üçün yaxşı imkan olacaq”

NATO baş katibinin köməkçisi: “Qarşıdakı seçki həm Azərbaycanda, həm də digər ölkələrdə demokratik proseslərin inkişafı üçün yaxşı imkan olacaq”
# 24 iyun 2008 11:23 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. “Qarşıdakı prezident seçkiləri çox vacib hadisədir və biz inanırıq ki, bu seçki həm Azərbaycanda, həm də digər ölkələrdə demokratik proseslərin inkişafı üçün yaxşı imkan olacaq”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında NATO baş katibinin ictimai diplomatiya üzrə köməkçisi Jan-Fransua Buro deyib. O bildirib ki, NATO ölkələri Azərbaycanın demokratikləşmə yolunda əldə etdiyi irəliləyişlərdən xəbərdardır. Bununla yanaşı, qonaq media azadlığının təmin olunmasının vacibliyini də vurğulayıb: “KİV azadlığı istənilən ölkədə, o cümlədən Azərbaycanda demokratik proseslərin əsas elementidir”. J. F. Buronun fikrincə, seçki ərəfəsində inkişafa nail olmaq üçün hələ görüləcək işlər qalır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR