Bank Of Baku

Kamil Xasıyev: “PARP-ın məqsədi Azərbaycan Silahlı Qüvvələrinin NATO ölkələrinin hərbi qüvvələri ilə uyğunluğunu təmin etməkdir”

Kamil Xasıyev: “PARP-ın məqsədi Azərbaycan Silahlı Qüvvələrinin NATO ölkələrinin hərbi qüvvələri ilə uyğunluğunu təmin etməkdir”
# 24 iyun 2008 11:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov- APA. Azərbaycan və NATO arasında imzalanan Planlaşdırma və Analiz Proqramı (PARP) çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində Azərbaycanın üzərinə götürdüyü tərəfdaşlıq məqsədlərinin sayı 50-dən çoxdur. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Kamil Xasıyev bildirib. K. Xasıyevin sözlərinə görə, bu məqsədlərə terrorizmlə mübarizə, sərhəd təhlükəsizliyi, Daxili Qoşunlarda islahatlar və s. daxildir: “Bu, sırf hərbi-texniki əməkdaşlıq proqramıdır. PARP-ın məqsədi Azərbaycan Silahlı Qüvvələrinin NATO ölkələrinin hərbi qüvvələri ilə uyğunluğunu təmin etməkdir”. K. Xasıyev bildirib ki, Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının (İPAP) birinci mərhələsi çərçivəsində Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların imkanları genişləndirilib, şəxsi heyətin idarə edilməsi optimallaşdırılıb, hərbi doktrinanın layihəsi hazırdır. Onun sözlərinə görə, Azərbaycan qoşulduğu proqramlar çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirir və bu NATO rəhbərliyi tərəfindən müsbət qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR