Bank Of Baku

Pakistan Senatının üzvləri gələn ay Azərbaycana səfər edəcək

Pakistan Senatının üzvləri gələn ay Azərbaycana səfər edəcək
# 24 iyun 2008 11:39 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. İyulun 6-da Pakistan Senatının yüksək səviyyəli nümayəndə heyəti Bakıya səfər edəcək. Bu barədə APA-ya Azərbaycanın Pakistandakı səfirliyindən məlumat verilib. Nümayəndə heyətinə Pakistan Senatının xarici əlaqələr komitəsinin sədri Müşahid Hüseyn Səid rəhbərlik edəcək. Səfər çərçivəsində iki ölkə parlamentləri arasında münasibətlərin daha da inkişaf etdirilməsi müzakirə olunacaq. Qeyd edək ki, səfər Azərbaycan parlamentinin nümayəndə heyətinin 2006-cı ilin dekabrında Pakistana səfərinə cavab xarakteri daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR