Bank Of Baku

Əbülfəz Elçibəyin məzarı qarşısında anım mərasimi keçirilib

Əbülfəz Elçibəyin məzarı qarşısında anım mərasimi keçirilib
# 24 iyun 2008 11:40 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Əbülfəz Elçibəyin anadan olmasının 70-ci ildönümü münasibətilə mərhumun məzarı qarşısında anım mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə iştirak edən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azadlıq Partiyasının sədri Əhməd Oruc, ABŞ Şərqi Avropada Demokratiya İnstitutunun direktoru İrena Lasota və digərləri Ə. Elçibəyin həyat yolu və fəaliyyətindən danışıblar. Natiqlər Elçibəy ideyalarının Azərbaycanın bütövlüyünə və dövlətçiliyinə xidmət etdiyini bildiriblər. Mərhum eks-prezidentin məzarını ziyarətə gəlmiş “Azadlıq” blokunun rəhbərləri AXCP sədri Əli Kərimli, VİP sədri Əli Əliyev və Milli Birlik Hərəkatının lideri Lalə Şövkət isə mərasimə qatılmayıblar. Onlar məzarın qarşısına əklil qoyduqdan sonra Fəxri Xiyabanı tərk ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR