Bank Of Baku

Lalə Şövkət: “ABŞ dövlət katibinin demokratiya məsələləri üzrə köməkçisinin Azərbaycana səfərini gözləyirik”

Lalə Şövkət: “ABŞ dövlət katibinin demokratiya məsələləri üzrə köməkçisinin Azərbaycana səfərini gözləyirik”
# 24 iyun 2008 11:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Azadlıq” blokunun prezident seçkisində iştirak etməsi ilə bağlı yekun mövqeyi iki-üç həftədən sonra bəlli olacaq. APA-nın məlumatına görə, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət bildirib ki, “Azadlıq” bloku Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaya sessiyasında Azərbaycanla bağlı məsələnin müzakirəsini gözləyir. “AŞ PA-nın iyun sessiyasında Azərbaycanla bağlı ciddi qərarlar olacağını düşünürük”. Blokun boykot qərarının qüvvədə olduğunu qeyd edən Lalə Şövkət müsbət mənada yenilik olmayana qədər qərarın dəyişməyəcəyini vurğulayıb: “Prezident seçkisi ilə bağlı mövqeyimizi müəyyənləşdirəcək digər məqam ABŞ dövlət katibinin demokratiya məsələləri üzrə köməkçisi ilə aparacağımız müzakirələr olacaq. Onun səfərinin də əsas məqsədi seçki ərəfəsi ölkədəki vəziyyətin öyrənilməsidir. Görüşdən sonra blokun mövqeyi daha da dəqiqləşəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR