Bank Of Baku

Prezident İlham Əliyev Bolqarıstanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev Bolqarıstanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
# 24 iyun 2008 12:14 (UTC +04:00)
Bakı-APA. Prezident İlham Əliyev iyunun 24-də Bolqarıstanın Azərbaycandakı səfiri İvan Palçevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, dövlət başçısı son illər Azərbaycanla Bolqarıstan arasında əlaqələrin müxtəlif sahələrdə genişləndiyini bildirib. Prezident İ. Əliyev Azərbaycanda diplomatik fəaliyyəti dövründə səfirin ölkələr arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi işinə öz töhfəsini verdiyini qeyd edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Öz növbəsində, İ. Palçev ölkələr arasında əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini deyib, münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR